Bunu Turanazərbaycan.com-a azərbaycanlı millət vəkili Günay Ağamalı deyib.
O bildirib ki, hər bir dövlət öz daxili siyasətinə və milli maraqlarına uyğun addımları sərbəst şəkildə müəyyənləşdirmək haqqına sahibdir: “Bu baxımdan, Bakıdakı “Rus Evi”nin ləğvi də Azərbaycanın suveren qərarlarından biri kimi qiymətləndirilə bilər. Həmin addımın təsiri əsasən Rusiya tərəfinin reaksiyasından asılıdır. Əgər Moskva bunu Azərbaycan-Rusiya strateji əməkdaşlığı çərçivəsində dəyərləndirərsə və məsələni siyasiləşdirmədən yanaşarsa, münasibətlərə ciddi təsir etməz. Bununla yanaşı, hər iki ölkənin ortaq maraqları – xüsusilə iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mövcud əməkdaşlıq – uzunmüddətli perspektivdə qarşılıqlı əlaqələrin davamlılığını təmin edəcək əsas amillərdir”.
G.Ağamalı vurğulayıb ki, Bakı və Moskva həmin məsələni qarşılıqlı anlaşma çərçivəsində müzakirə edərsə, uzunmüddətli münasibətlərə ciddi zərər dəyməz: “Əksinə, iki ölkə arasında mövcud dialoq mexanizmlərinin gücləndirilməsi və qarşılıqlı etimadın artırılması üçün bu tip məsələlərin açıq və diplomatik yollarla həlli vacibdir. Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlığı və mehriban qonşuluq siyasətinə sadiqliyi nəzərə alınarsa, yaranan hər hansı fikir ayrılığı qarşılıqlı maraqlar çərçivəsində tənzimlənə bilər”.
Bakıdakı “Rus Evi”nin ləğvi Azərbaycanın suveren qərarlarından biri kimi qiymətləndirilə bilər
“Azərbaycan suveren dövlətdir və müstəqil qərarlar vermə hüququna malikdir”.
