O bildirib ki, bu cür halın yaşanması iki dövlətdə də təsiri olmayacaq: “Həmin təsisat Azərbaycanda hüquqi qeydiyyatdan keçməmişdi. Bunun belə olduğunu Rusiyanın xarici işlər naziri də təsdiqlədi və bildirdi ki, Azərbaycanın tələbini yerinə yetirməyə hazırdır. Təbii ki, qeydiyyatdan keçməmiş təsisatın fəaliyyət göstərməsi düzgün deyil. Yəqin ki, hüquqi prosedurlar, eyni zamanda, “Rus evi”nin fəaliyyətə başlanılması ilə bağlı danışıqlar aparılır. Həmçinin Azərbaycan və Rusiya arasında bu barədə müəyyən məsləhətləşmələr həyata keçiriləndən sonra reallaşdırılacaq”.
“Bakıdakı “Rus evi”nin bağlanmasının Azərbaycan-Rusiya münasibətlərinə heç bir təsiri olmayacaq”.
Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Aydın Mirzəzadə deyib.
