Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mayın 13-də Azərbaycan Respublikasının

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Zəfər parkına gələn Türkiyənin milli müdafiə naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri həmkarını salamlayıb və onu bir daha ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişafını müsbət qiymətləndirib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab Y.Güler göstərilən səmimiyyətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq hərbi əlaqələrimizin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin və bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.