Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikasının Baş Qərargah rəisinin müavini – Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-mayor Fayzulla Badenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Azərbaycan və Qazaxıstan respublikalarının

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Döyüşü İdarəetmə Mərkəzində, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Komanda məntəqələrində olub.
Qonaqlara qoşunların gündəlik fəaliyyəti, böhran və fövqəladə hallar zamanı idarə olunması üzrə brifinq təqdim edilib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Keçirilən görüşlərdə bu cür qarşılıqlı səfərlərin iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd olunub.