Hazırda seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, 685 bələdiyyə üzrə seçkilərdə namizədlər 8071 yer uğrunda mübarizə aparıblar.
Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.