Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Azərbaycanla Türkiyə bir-birinə güvənərək inkişaf edən dövlətlərdir

” Prezident İlham Əliyevin Türkiyənin Ankara şəhərinə olan səfərinin məqsədi Türkiyədən Naxçıvana çəkilən qaz kəmərinin açılışı ilə bağlı idi”.

" Prezident İlham Əliyevin

“Prezident İlham Əliyevin Türkiyənin Ankara şəhərinə olan səfərinin məqsədi Türkiyədən Naxçıvana çəkilən qaz kəmərinin açılışı ilə bağlı idi”.

Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Elman Məmmədov deyib.

O, bildirib ki, orada eyni zamanda bölgəmizə aid olan günün aktual məsələləri, problemləri də daxil oldu: “Çox güman ki, orada Zəngəzur dəhlizi, regional təhlükəsizlik, əməkdaşlığın getdikcə yüksək səviyyədə inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Yəni biz bir millət iki dövlət olaraq heç bir ayrı düşüncəli fikirlərimiz yoxdur və olmayacaqdır. Bir-birimizə güvənərək inkişaf edən dövlətlərik. Eyni zamanda da bir- birimizin təhlükəsizliyini təmin etmək üçün lazımı tədbirlər görən dövlətlərik. Qaz kəmərinin açılışı yəni təməlqoyma açılış bunlar hamısı həyata keçirildi. Bu, Naxçıvanın dayanıqlı qazla təmin olunması üçün çox vacib şərtlərdən biri idi. Yəqin ki, bu, gələcəkdə Qaz kəmərinin gəlişi ilə, yolların açılışı ilə də bağlı ətraflı uzaq görən planlarda orada müzakirə olunubdur. Hər halda iki qardaş dövlətin rəhbərlərinin görüşü ancaq dövlətlərimiz üçün eyni zamanda regionumuz üçün çox xeyir verən görüşlərdir. Mən bütün bunları alqışlayıram”.