Faciə qurbanlarına ehtiram məqsədilə ölkəmizin İstanbuldakı baş konsulluğunun binasında dalğalanan Azərbaycan Bayrağı yarıya qədər endirilib, başsağlığı kitabı açılıb.
Türkiyədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, o cümlədən müxtəlif ölkələrin İstanbuldakı baş konsulları, eləcə də Türk Dövlətləri Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bir sıra digər qurumların əməkdaşları Baş konsulluğumuza gələrək Azərbaycana başsağlığı diləklərini kitaba əks etdiriblər.