Bu sözləri Baş nazir Əli Əsədov dekabrın 19-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verəcək.
“Əminik ki, “2020-2030-cu illər üzrə yol xəritəsi” və gələcəkdə qəbul olunacaq strategiyalar D-8 ölkələri arasında əməkdaşlığı inkişaf etdirməklə yanaşı, dəyişən dünya kontekstində mövcud beynəlxalq mexanizmlərin yenidən nəzərdən keçirilməsinə xidmət edəcək”, – deyə Baş nazir Əli Əsədov vurğulayıb.