Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Azərbaycanda ilk dəfə COP29-da qida tullantılarının yenidən emalı aparılacaq

COP29-un keçiriləcəyi Bakı Stadionu ərazisində 4 mətbəx fəaliyyət göstərir. Bunun üçü Mavi Zonada, biri isə Yaşıl Zonada yerləşir.

COP29-un keçiriləcəyi Bakı Stadionu

Bu barədə COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, stadion ərazisində 56 yeni kafe və restoran yenidən qurulub. Bunların 30-dan çoxu coffeeshop və qida satışı nöqtələri, ikisi böyük restorandır. Restoranlardan birində milli mətbəx, digərində isə dünya mətbəxi təamları olacaq. 56 qida satışı nöqtəsi bütün zonaları əhatə edir. Ümumilikdə, bir saatda 6 mindən çox qonağa xidmət etmək mümkün olacaq.

“Azərbaycanda ilk dəfə COP29-da qida tullantılarının yenidən emalı aparılacaq. Tullantıları ümumi tullantılar, qida tullantıları, qablaşmaların tullantıları və digər ümumi əşyaların tullantısı kimi çeşidləyirik. Bunlar çeşidlənir, təkrar emala göndərilir və aidiyyəti qurumlara təhvil verilir. Eyni zamanda, qida tullantılarını xüsusi avadanlıqlarla 24 saat ərzində yenidən təkrar emala göndəririk və onlardan aldığımız gübrələri “Bakı Abadlıq Xidməti” MMC-yə təhvil veririk. Bu gübrələrdən parkların salınmasında və digər məqsədlərdə istifadə edirlər”, – deyə A.Zeynalov bildirib.

Onun sözlərinə görə, ketrinq komandası, podratçı şirkətlər və qida satış nöqtələrində işləyənlərin sayı 1200-dən çoxdur. Ümumiyyətlə, qida ilə təmasda olan əməkdaşların hamısı tibbi müayinələrdən keçirilib.