ADY-dən bildirilib ki, tərəflər arasında bu il ikinci dəfə keçirilən görüşdə iki qardaş ölkənin dəmir yolu sahəsində əməkdaşlığının əsas istiqamətləri və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra Orta Dəhliz üzrə yükdaşımaların artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə yüklərin Şərqdən Qərbə, eləcə də əks istiqamətdə daşınmasında olduqca böyük rol oynayır və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün ortaq addımlar atır.