tədbir Türk Dövlətləri Təşkilatının (TDT) və Türk İnvestisiya Fondunun dəstəyi ilə təşkil olunub.
Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistandan 200-dən çox uğurlu iş qadını, hökumət nümayəndələri, investorlar və ekspertlər Türk dünyasında qadınların iqtisadi rolunun gücləndirilməsi istiqamətində strateji addımları müzakirə etmək üçün bir araya gəlib.
Tədbirdə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları İttifaqı (TÜİK) yanında Türkdilli Dövlətlərin Sahibkar Qadınlar Şurasının Azərbaycandan olan üzvü Səkinə Babayeva çıxış edib. O qeyd edib ki, görülən işlər türk ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
Tədbirdə davamlı inkişaf və korporativ sosial məsuliyyət məsələlərinə böyük diqqət yetirilir. Forumda Türk dünyası ölkələrindən olan qadın sahibkarların konkret uğur hekayələri təqdim olunur.
Assambleya çərçivəsində Türk dünyası ölkələrinin işgüzar fəallığının konsolidasiyası və genişləndirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd regionda inteqrasiya və əməkdaşlığın mühüm elementinə çevriləcək beynəlxalq platforma olan Türk Biznes Qovşağı təşəbbüsünün həyata keçirilməsinə yönəlib.
Gələcəkdə Türkdilli Dövlətlərin Qadın Sahibkarlar Şurası adını Türk Dünyası İş Qadınları olaraq dəyişdirəcək ki, bu da onu beynəlxalq aləmdə daha çox tanıdacaq və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istəyini vurğulayacaq.