Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Azərbaycan Özbəkistanda keçirilən “Novruz sədaları” festivalında ilk dəfə təmsil olunub

Özbəkistanın paytaxtı Daşkənddə “Novruz sədaları” beynəlxalq musiqi festivalı keçirilib.

Özbəkistanın paytaxtı Daşkənddə “Novruz

Azərbaycan ilk dəfə olaraq həmin festivalda təmsil olunub. Ölkəmizi təmsil edən 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurlu çıxışları ilə yadda qalıblar.

Azərbaycan Milli Konservatoriyasının dissertantı və həmin musiqi məktəbinin müəllimi Nəsibə Cəfərovanın yaratdığı orkestr Ufori Nasrullahinin “Özbək xalq kuyi”, Üzeyir Hacıbəylinin “Cəngi”, Səid Rüstəmovun “Qaytağı” əsərlərini səsləndirib.

Təmsilçilərimizin çıxışını bəyənən münsiflər heyəti festivalın Qala konsertində həmin əsərlərin yenidən ifa olunmasını xahiş edib.

Beynəlxalq festivalın sonunda çıxışçılar müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Qeyd edək ki, festivalda türk dövlətləri ilə yanaşı, ABŞ və İsveçrə də təmsil olunub.