Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Azərbaycan birbaşa bildirir ki, Ermənistanla özümüz danışmalıyıq, bizə vasitəçi lazım deyil

“Avropa İttifaqı Cənubi Qafqazda çox təhlükəli hisslərini reallaşdırmaya cəhd göstərib”.
Bunu Turanazerbaycan.com-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

“Avropa İttifaqı Cənubi Qafqazda

O bildirib ki, bunu işarə edən bir neçə göstərici var: “Onlar birmənalı şəkildə təsdiqləyirlər ki, rəsmi Brüssel çox güman ki, Fransanın fətvası ilə çox sürüşkən bir yola ayaq qoyur. Bu yolun Avropa İttifaqı üçün heç xeyri olmayacaq, əksinə böyük zərər və fəsadları olacaq. Bir yandan bura guya sülhü qoruyan müşahidəçilər missiyasını göndəriblər. Halbuki Azərbaycan tərəfi buna qəti etirazını bildirmişdi. Avropa siyasi meydanlarında görüşlər zamanı Makron Prezident İlham Əliyevə təzyiqlər göstərməyi və ölkə başçısının buna razılıq verməyi qarşıya məqsəd qoyulmuşdu. Lakin bu, alınmadı. Prezident dedi ki, bizim o missiyaya heç bir ehtiyacımız yoxdu. Əgər bunu çox istəyirsinizsə, onu Ermənistana göndərin. Digər tərəfdən Avropa müşahidəçilər missiyasının rəhbəri Musk deyir ki, vəziyyəti monitorinq edirik, vəziyyət qənaətbəxşdir. Təhlükələr yoxdur, onları işarə edən məqamlar da yoxdur. Əgər belədirsə, siz nəyə görə bura lövbər salmısınız və durmadan həm sayı artırısınız, həm missiyanın guya çərçivəsini genişləndirirsiniz. Nəhayət Avropanın Sülh Fondu Ermənistana 10 milyon dollar yenidən bir vəsait ayırır və onlar silah-sursat üçün nəzərdə tutulur. Rəsmi Brüssel çalışır ki, Fransanın təşəbbüskarlığı nəticəsində bizim bölgəni yenidən müharibə oduna qərq etsin. Burda sülh imkanlarının hamısını sıfırlasın və eləcə də özünün burda mövcudluğunu təmin etsin”.
Onun sözlərinə görə, bu, Makronun çoxdankı arzusu idi. Yəni, Azərbaycanla yeni bir toqquşmalar baş versin ki, onlar özlərinin hərbi kontingentini buraya yerləşdirsin. Əlbəttə ki, biz buna yola verməyəcəyik. Biz heç vaxt bundan məmnun olmamışıq. Çünki birinci Azərbaycanın tələbi ondan ibarətdir ki, əgər danışıqlar varsa üz-üzə oturmalıyıq. Üçüncü tərəflər vəziyyəti hər zaman gərginləşdirir. Bu baxımdan Azərbaycanın baxışları son dərəcə praqmatik və konstruktivdir. Çünki biz sülh təkliflərimizi vermişik. Azərbaycan birbaşa bildirir ki, Ermənistanla özümüz danışmalıyıq, bizə vasitəçi lazım deyil. O ki qaldı, bu gün Avropa İttifaqının iştirakı çox mənfur bir iştirakdır. Əgər Fransa və havadarları Ermənistana kömək göstərmək istəyirlərsə, silah-sursat yox, pul göndərsinlər ki, səfalətdən çıxa bilsinlər. Biz onları diz çökdürmüşük, lazım gələrsə bir daha diz çökdürəcəyik”.