Yarış gənc idmançılar arasında sağlam həyat tərzinin təbliği, beynəlxalq yarışlara hazırlıq məqsədilə təşkil olunmuşdur. Gərgin və maraqlı keçən yarışlarda ölkənin müxtəlif bölgələrindən cəlb olunan yeniyetmə və gənclər öz güclərini sınadılar.
Yarışın nəticələri aşağıdakı kimidir:
🔹 Gənclər – Oğlanlar kateqoriyası üzrə:
1-ci yer Nazim Yusifzadə
2-ci yer Vəlixanov Nicat
3-cü yer Fərhad Babayev
🔹 Gənclər – Qızlar kateqoriyası üzrə:
1-ci yer Aliyə İbrahimbəyova
2-ci yer Salima Əliyeva
3-cü yer Xədicə Yambulatova
🔹 Yeniyetmələr – Oğlanlar kateqoriyası üzrə:
1-ci yer Rəsul Nəsir
2-ci yer Murad İbrahimli
Anatoliy Meniailov
🔹 Yeniyetmələr – Qızlar kateqoriyası üzrə:
1-ci yer Sofiya Boriskina
2-ci yer Həvva Yambulatova
3-cü yer Eva Nikiforova
Yarışın sonunda qaliblər Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Elnur Məmmədov , eləcə də Azərbaycan Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, 1-ci yer qalibləri Türkiyədə keçiriləcək beynəlxalq yarışda iştirak üçün vəsiqə qazanıb.
Azərbaycan Alpinizm Federasiyası, Gənclər və İdman Nazirliyi qalibləri təbrik edir, onlara gələcək idman karyeralarında uğurlar və yeni naliyyətlər arzulayır.