Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Aydın Mirzəzadə: Prezidentin Türkiyə səfəri Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhkəm olduğunu bir daha göstərdi

“Prezident İlham Əliyevin Türkiyə səfərinin xüsusi əhəmiyyəti var”.

Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Aydın Mirzəzadə deyib.

“Prezident İlham Əliyevin Türkiyə

O bildirib ki, bir tərəfdən strateji İqdır-Naxçıvan qaz kəmər xəttinin açılışı baş verir, digər tərəfdən isə Azərbaycan-Türkiyə münasibətləri öz inkişafında yeni daha yüksək bir mərhələyə çatır. Kəmərin videogörüntü vasitəsilə simvolik açılışında hər iki dövlət başçısının çıxışında bir çox vacib məsələlərə toxunuldu. Prezident İlham Əliyev həmişəki kimi Azərbaycanın taleyüklü məsələlərindən, vaxtilə müstəqil dövlətimiz süqut etdikdən sonra Sovet hakimiyyətinin Azərbaycan torpaqlarının qanunsuz şəkildə Ermənistana bağışlanmasından söhbət açdı və bunun nəticəsində Naxçıvan bölgəsinin bir çox problemlərlə üzləşdiyini bildirdi. Həmçinin ölkə başçısı Naxçıvanın Ermənistan tərəfindən işğal edilməməsində Ulu Öndər Heydər Əliyev faktorunu çox düzgün olaraq vurğuladı. Məhz Heydər Əliyevin həmin dövürdə Naxçıvana rəhbərlik etməsi Ermənistanı Naxçıvana qarşı hücumundan çəkindirdi. Prezident İlham Əliyev qaz kəməri çəkilişinin xüsusi əhəmiyyətini vurğuladı. Azərbaycan və Türkiyənin birlikdə artıq neçənci dəfədir çox möhtəşəm iqtisadi layihələii həyata keçirdiyini bir daha vurğuladı. Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tiblisi-Ərzurum qaz kəməri, TANAP layihəsi indi isə İqdır-Naxçıvan qaz kəməri… Bu hələ başlanğıcdır. Gələcəkdə daha böyük nəinki Azərbaycan və Türkiyəni, eləcə də ətrafımızda bir çox ölkələri əhatə edən həm enerji, həm də qeyri-enerji əsaslı iqtisadi layihələrin olması tamamilə gözləniləndir. Həmçinin Prezidentin Türkiyə səfəri Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhkəm olduğunu və buna hər iki ölkənin nə qədər ürəklə yanaşdığını bir daha göstərdi. Həm ölkə başçısının, həm də Azərbaycanın böyük dostu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi qiymət verildiyinə diqqət çəkildi. R.T. Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdə Azərbaycanın həmin an Türkiyənin yanında olduğunu xatırlatdı. Həqiqətən də həmin dövrlərdə xilasedicilərin sayına görə Azərbaycanın komandası Türkiyədən sonra ikinci yeri tuturdu. Azərbaycan Türkiyəyə kədərli gündə həm yardım əli uzatdı, həm də sonralar Kahramanmaraşda Azərbaycan məhəlləsinin salınmasına da təqribən 1 milyarda ABŞ dolları həcmində dəstək göstərdi. Amma bu münasibətlər heç də pulla ölçülmür. Bu, qardaşlıq münasibətidir. Bu, bir-birinə bağlılıqdır. Həmin münasibətlər bütün təbəqələri, xalqları əhatə edir. Azərbaycan və Türkiyə yenidən xalqların istəyini həyata keçirərək birlikdə olmaq , birlikdə gələcəyə addımlamaq istəklərini yerinə yetirdilər. Sonuncu səfər bir daha onu göstərdi ki , Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır”.