Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

“ASAN xidmət” COP29-da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forum təşkil edib

Noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçirilib.

Noyabrın 14-də BMT-nin İqlim

Bakı Olimpiya Stadionunda Mavi Zonada baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, “Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.

Çıxışçılar yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. “ASAN xidmət” modeli kimi innovativ modellərin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi diqqətə çatdırılıb.

İlk sessiya “Ekoloji çağırışlara cavab üçün dövlət xidmətlərində innovasiyaların təkmilləşdirilməsi” mövzusuna həsr olunub. Sessiyada Braziliyanın, Zimbabvenin, Barbadosun, Keniyanın və Qambiyanın müvafiq nazirliklərinin rəhbərləri çıxış ediblər. Əsas müzakirələr yaşıl idarəetmədə davamlılığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət qulluqçularının bacarıqlarının artırılması, dövlət xidmətlərinin inkişafı proseslərinin qlobal iqlim məqsədləri ilə inteqrasiyası və bu çərçivədə innovativ yanaşmalar olub.