Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Aqil Abbas: Xocalıda neçə-neçə soydaşımızı şəhid, sağ qalanlar isə ruhən məhv oldu

Otuz üç il əvvəl Xocalıda baş verənlər çox böyük faciədir. Erməni vandalları bizim neçə-neçə soydaşımız şəhid, sağ qalanlar isə ruhən məhv oldu. Biz adətən deyirik 613 nəfər Xocalı sakini şəhid olub. Lakin bizim bundan əlavə nə qədər itkinlərimiz var. Onların da hamısını həlak ediblər. Onlar insanlığa sığmayan vəhşiliklər törədiblər. Şükürlər olsun ki, torpaqlarımız qayıdıb. Xocalı sakinləri artıq öz dədə-baba yurdlarına qayıdırlar. Ancaq bu qanlı tarixi Azərbaycan xalqı heç vaxt unutmayacaq. Təbii ki, təzminat alacağıq. Evlərimizi dağıdıblar, soydaşlarımızı qətlə yetiriblər. Bütün bunların qarşılığı olmalıdır”.

Otuz üç il əvvəl

Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Aqil Abbas deyib.
Onun sözlərinə görə, həmin günlərdə özü də Ağdamda olub: “Filmlərdə gördükləriniz tamamilə reallıq da elə idi. Ürəyimiz qan ağlayırdı. Xocalıda qətl edilənlərin hamısı Ağdam məscidində yuyulurdu. Həmin gün Ağdam məscidində 6 mindən çox adam orada öz yaxınlarının cəsədlərini axtarırdı. O zaman Ağdamda Allahverdi Bağırovun restoranında xocalılar gündə 3 dəfə təmənnasız şəkildə yemək yeyirdilər. A.Bağırov həmçinin 1300 əsirimizi də ermənilərdən geri almışdı”.