Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib

Sentyabrın 19-da Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Sentyabrın 19-da Qarabağda keçirilən

Mərasimdə Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti, icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canında keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov bildirib ki, antiterror əməliyyatlarının keçirilməsində məqsəd Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və separatçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən separatçı qüvvələr Azərbaycan ərazisini tərk etməli olsalar da, Ermənistan rəhbərliyi və onların havadarlarının köməyi nəticəsində həmin hərbi birləşmələr ərazimizdə qalmaqla dinc əhaliyə, hərbi qulluqçulara qarşı terror xarakterli əməliyyatlar həyata keçirməyə davam edirdi. Bunun nəticəsində həm mülki vətəndaşlar, həm də hərbi qulluqçularımız arasında itkilərimiz, şəhidlərimiz olurdu. Buna görə də lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi qərarı alındı. Əməliyyat zamanı Azərbaycan Ordusu dünya hərb tarixində görünməyən müddətdə – təxminən 23 saat ərzində Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bərabər, onları kapitulyasiyaya məcbur etdi. Ordumuzun bu qələbəsi ölkə rəhbərliyinin, xalqımızın Silahlı Qüvvələrimizə olan inamından irəli gəlirdi. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Təəssüf ki, həmin hərbi əməliyyatlar zamanı şəhadətə yüksələn əsgərlərimiz və zabitlərimiz də oldu. Onların hər biri böyük ehtiram və hörmətlə anılır, canları, qanları bahasına bəxş etdiyi Zəfərə görə minnətdarlıq bildirilir”.

Sonra şəhid hərbi qulluqçuların məzarları ziyarət olunub, məzarları önünə tər çiçəklər düzülüb, əklil qoyulub, ruhlarına dualar oxunub.