Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

“Anatolian Phoenix – 2025” beynəlxalq təlimi davam edir

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2025” (“Anadolu Ankası – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Qardaş Türkiyə Respublikasının Konya

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə təlim iştirakçılarına təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirlərinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.
Beynəlxalq təlimdə iştirak edən müxtəlif ölkələrin təyyarələri birlikdə “fil yürüşü” ediblər. Sonra iştirakçılar uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.
Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar yerinə yetirilib. Uçuşlar zamanı qarşılıqlı fəaliyyət və rabitə əlaqəsi yoxlanılıb.
Qeyd edək ki, təlim mayın 23-dək davam edəcək.