Qazaxıstan mediasına istinadla xəbər verir ki, hazırda təyyarə qəzasında xəsarət almış 6 nəfər xəstəxanada müalicə alır. “Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir”, – deyə tibb müəssisəsindən bildirilib.
Qeyd edilib ki, altı xəstədən üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır.