Bunu Turanazerbaycan.com-a açıqlamasında azərbaycanlı politoloq Sair Hümbətov deyib.
Onun sözlərinə görə, hazırda təkcə müqavilənin hazırlanması ilə bağlı müddəalar qalıb ki, onları da həll etmək lazımdır: “Bununla bağlı Azərbaycanən xarici işlər naziri məlumat verib. Prezident İlham Əliyevin çıxışında rast gəldik ki, bu məsələ artıq yekunlaşıb. Ermənistanın üzərinə düşən bəzi öhdəliklər var ki, onları da kağız üzərində deyil, faktiki olaraq həyata keçirməlidir. Burada sərhəd delimitasiyasından tutmuş, konstitusiyaya qədər eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı bir çox müddəalar yerinə yetirilməlidir. Ermənistan da üzərinə bunları yerinə yetirmək üçün öhdəlik götürüb. Bunları yerinə yetirmək üçün beynəlxalq şərait də ona imkan verməli, eləcə də Ermənistan hakimiyyətinin iradəsi də olmalıdır”.
S.Hümbətov vurğulayıb ki, ümumi olaraq müddəalar qəbul edilmiş, razılığa gəlinmişdir. Əgər bir maneə olmazsa, yaxın vaxtlarda bu məsələ tamamilə yekunlaşar və tərəflər arasında sülh müqaviləsi imzalana bilər. Təbii ki, bu proses təkcə sülh müqaviləsinin bağlanılması ilə bitmir. Burada əsas məsələlər arasında müddəaları icra etmək, tərəflərarası diplomatik əlaqələri qurmaq, soydaşlarımızın öz dədə-baba yurduna qayıtmaları da nəzərdə tutulur. Eyni zamanda 30 illik işğal dövründə azərbaycanlılara qarşı törədilən qətliamlar, dağıdılmış infrastrukturların təzminatı da ödənilməlidir. Ermənistan bu məsələlərdə razılığa gəlməli, hamısını icra etməlidir. Bunları həll etdikdən sonra sülhü təmin etmək olar”.