“İlk növbədə oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda insanlar xüsusilə də son dövlərdə Ramazan ayında oruc tutmağı öz gerçək mənasını uzaqlaşdırıb, kilo vermək və yaxud da uzun müddət ac qalmaq kimi fikirlərlə qarışdırır”.
Bunu Turanazerbaycan.com-a açıqlamasında dietoloq Məhsəti Hüseynova deyib.
O bildirib ki, Ramazan ayı insanın öz nəfsinə nəzarət etməsi və Allaha yaxın hiss etməsi, niyyətlərinin təmizlənməsi baxımından sayılan əməllərdəndir: “Yəni insanlar bunlara Ramazan ayında xüsusi diqqət etməlidir. Oruc tutmaq bir növ insanın nəfsinin tərbiyəsidir. Xroniki xəstəlikləri olan və davamlı şəkildə dərmanla müalicə alan şəxslər, hamilə olan və südverən analar oruc tutmaqdan azad ola bilərlər. Yetkinlik yaşında və inkişaf dövründə olan uşaqlar oruc tutmaya bilərlər. Diqqət edəcəyimiz əsas məqamlar iftarda da, sahurda da balanslı şəkildə qida rasionunu tənzimləməlidir. Xüsusilə də oruc tutanlar yaxşı olar ki, gün ərzində insanı uzun müddət tox tuta biləcək qidalardan istifafə etsinlər. Sahurda yumurta, süd və süd məhsullarından, az duzlu qidalardan istifadə olunması tövsiyyə olunur. Yaxşı olar ki, tam sağlam undan hazırlanmış çörəklərdən istifadə etsələr bu qidalar onları gün ərzində daha doyumlu tutacaq. Çünki həmin qidalar yavaş həzm olunur və uzun müddət tox saxlayır. Mütləq şəkildə bir ovucu keçməmək şərti ilə qoz, badam, fındıqdan istifadə etsinlər. Duzlanmış, qovrulmuş çərəzləri oruc zamanında yemək faydalı deyil. Həmçinin sahurda çayla yanaşı suya da üstünlük verilməlidir. Bəzən yaxşı miqdarda maye qəbul etməyəndə gün ərzində baş ağrısından, enerji çatışmazlığından, yorğunluqdan əziyyət çəkərlər. Maye təlabatında qazlı, rəngli içkilərə üstünlük verilməməlidir. Ən önəmli məsələlərdən biri də budur. İftar açarkən su içəndən sonra yüngül şorbalardan içib, uzun müddət ac qalmış orqanizimdə həzm prosesinin ağırlaşmamasına gətirib çıxardacaq. Həmçinin qida qəbul edərkən daha tez həzm olunan çox qızardılmamış, yağlı olmayan aşağı kalorili bir növ isti yeməyi qəbul etsələr daha faydalı olar. 40 dəqiqə ara verdikdən başqa qidaların qəbul olunması daha çox tövsiyyə olunur. Qidanı yeyərkən tələsmədən yavaş-yavaş qəbul etmək lazımdır. Mütləq səhər yeməyində də, iftarda da mövsimi yerli tərəvəzlərdən istifadə edilməlidir. Çünki tərəvəzlər vitamin-mineralları təmin edən lifli qidalardır ki, bu da bağrısaqların funksiyasının işləməsinə gətirib çıxarır”.