Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Tural Gəncəliyev deyib.
O bildirib ki, bu, çox önəmli görüşdür, xüsusilə də Ukrayna üzərində gedən müharibənin başa çatması üçün xüsusi önəm daşıyır: “Ancaq həmin görüşün Cənubi Qafqaza elə bir xüsusi təsirinin olmayacağını düşünürəm. Çünki Cənubi Qafqazda artıq yeni reallıq mövcuddur. Azərbaycanın liderliyi burada danılmaz faktdır. Ona görə də Cənubi Qafqaz üzərindən bu görüşün hansısa təsirləri olacağını hesab etmirəm. Cənubi Qafqazdakı dəyişiklik məhz 44 günlük müharibədən sonra ölkəmizin yaratdığı bir reallıqdır. Bu, haqq və ədalət üzərində qurulmuş beynəlxalq hüquqa əsaslanan bir dəyişiklikdir. Ancaq Donald Tramp və Vladimir Putinin görüşünün əsasən Ukrayna, iqtisadi məsələlər üzərindən olduğunu nəzərə alaraq Cənubi Qafqazın sadəcə iqtisadi komponent kimi nəzərdən keçirilməsi ola bilər. Amerikanım xüsusilə də Avropa İttifaqı ilə münasibətlərini gərginləşdirdiyini, daha çox Rusiya ilə əlaqələrini normalaşdırdığını görürük. Bu Avropa İttifaqının ofsaytda qaldığını deməyə imkan verir. Belə olduğu halda da Avropa İttifaqı ona görə də Amerikanın iqtisadi-ticarət təzyiqinə dözməyərək, Azərbaycanın dəyərini və geosiyasi mövqeyini daha yaxşı anlayaraq bizə qarşı daha çox əməkdaşlıq istəyini bildirə bilər”.
Putinlə Trampın görüşünün Cənubi Qafqaza elə bir xüsusi təsiri olmayacaq
“Vladimir Putin və Donald Tramp görüşünün planlaşdırılması bütün dünyanın diqqətini, eyni zamanda, beynəlxalq ictimaiyyətin gündəmini zəbt edib”.
