Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Bunu Turanazerbaycan.com-a açıqlamasında azərbaycanlı millət vəkili Musa Quliyev deyib.

“XX əsrin ən qanlı və dəhşətli hadisələrindən biri insanlığa, eyni zamanda, bəşəriyyətə qarşı terror Xocalı soyqırımıdır”.

“XX əsrin ən qanlı

Bunu Turanazerbaycan.com-a açıqlamasında azərbaycanlı millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, bu hadisə təkcə Azərbaycam xalqına qarşı deyil, bütün bəşəriyyətin əleyhinə törədilmiş ən ağır cinayətdir: “1992-ci il fevralın 26-si erməni quldur dəstələri qondarma Ermənistan hökumətinin bandit dəstəsinin planı əsasında Rusiyanın 366-cı motoatıcı diviziyasının yaxından iştirakı ilə mülki Azərbaycan xalqına qarşı törədilmiş ən qəddar bir qətliamdır. Xocalə hadisənin törədilməsi Ermənistan tərəfindən öncədən hazırlanmış plan əsasında həyata keçirildi. Xocalı üç aydan çox müddətdə tam mühasirədə qaldı. Bilərəkdən əhalinin oradan çııxb getməsinə imkan vermədilər ki, həmin soyqırımı törətsinlər. Məqsəd isə sonradan məlum oldu. Ermənistanın sabiq prezidentlərindən biri əli Xocalı sakinlərinin qanına batmış Serj Sarkisyan Avropa Şurasının tribunasından bildirdi ki, Xocalıya qədər azərbaycanlılar bizim niyyətimizin nə qədər ciddi olduğunu bilmirdilər. Onlar bundan sonra gördülər ki, biz mülki əhaliyyə rəhm etməyəcəyik. Yəni bu qədər həyasızcasına açıqlamanı Avropa İttifaqı deputatları sakit qarşılayaraq heç bir reaksiya vermədilər. Əslində elə bu açıqlamandan sonra onun özü həbs olunmalı idi. Necə yəni biz Azərbaycan xalqının gözünü qorxutmaq üçün yeddi min nəfərlik bir şəhəri xarabaya çevirdik. Minlərlə insanı ağır hadisələrə düçar etdik. Bu, əslində erməni vəhşiliyinin və vandalizminin nə qədər təhlükəli oldğunun göstəricisidir.

M.Quliyev vurğulayıb ki, Xocalı soyqırımının ilk günlərində o vaxt ki, Azərbaycan hakimiyyətinin başında olan Ayaz Mütəllibov, eyni zamanda, müsavat cütlüyü adekvat cavab vermədilər: “Xalqı çaşdırmağa çalışdılar. Bütün bunların hamısı göstərdi ki, Xocalı facisəinin baş verməsində həmin dövrün şəraitsizliyi bu imkanları ermənilər üçün yaratdı. İlk dəfə  Ulu Öndər Heydər Əliyev tərəfindən bu hadisəyə qiymət verildi. Onun təşəbbüsü ilə Azərbaycan Milli Məclisi qanun və qərar qəbul etdi. Həmçinin ölkə başçısı tərəfindən Xocalı faciəsi ilə bağlı sərəncamlar imzalandı, dünya ictimaiyyətinə Xocalı faciəsinin çatdırılması üçün hökümətimiz tərəfindən ardıcıl tədbirlər keçirildi. Şüphəsiz ki, Heydər Əliyev Fondunun Prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası soyqrımın miqyasının dünya ictimaiyyətinə çatdırlmasında böyük əhəmiyyət kəsb edir. ABŞ-ın 22 ştatı artıq Xocalı faciəsini soyqırım kimi qəbul edib. Prezident İlham Əliyevin söylədiyi kimi Xocalı qatillərinin cəzasını biz özümüz verməli idik və verdik. Bu qısas döyüş meydanında alındı, haqq-ədalət 44 günlük Vətən müharibəsi, 23 saatlıq antiterror əməliyyatı nəticəsində bərpa olundu. Qarabağın və Şərqi Zəngəzurun bütün əraziləri kimi Xocalı şəhəri də işğaldan azad olundu. Qısa müddət ərzində şəhər bərpa olundu. Xocalılar öz ata-baba yurdlarına qayıdırlar”.