Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

15 İyun – Sabitliyin, Gücün və Qurtuluşun Simvolu!

Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü, ölkəmizin təqvimində müstəqilliyin, sabitliyin və tərəqqinin təməlinin qoyulduğu şərəfli səhifələrdən biridir. Bu gün, təkcə siyasi böhrandan xilasın deyil, həm də xalqın öz liderinə – Ümummilli Lider Heydər Əliyevə olan sonsuz inamının, etimadının və sevgisinin təntənəsidir.

Azərbaycan xalqının tarixində dönüş

1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, daxili siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və torpaq itkiləri ilə qarşı-qarşıya qaldı. Məhz belə bir kritik məqamda 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin parçalanmaq təhlükəsini sovuşdurdu. Bu, dövlətçiliyimizin xilası və müstəqil Azərbaycanın inkişaf bünövrəsinin atılması demək idi.
15 İyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, xalqın ümidlərinin yenidən alovlanmasına səbəb oldu. Onun qətiyyəti, zəngin siyasi təcrübəsi və dərin dövlətçilik fəlsəfəsi qısa zamanda ölkədə sabitlik yaratdı, sosial-iqtisadi islahatların təməli qoyuldu, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı.

Bu gün Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. Həmin Şanlı Qələbə də məhz 15 İyunda qoyulan təməlin, milli birliyin və dövlətçilik iradəsinin məntiqi nəticəsidir.

“EMEDIA GROUP” Media Təşkilatı olaraq biz bu əlamətdar günü böyük qürurla qeyd edir, xalqımızın keçdiyi şərəfli yola və qazandığı uğurlara dərin ehtiramla yanaşırıq. Media olaraq, milli ideologiyanın, vətənpərvərlik ruhunun və tarixi yaddaşın təbliğində üzərimizə düşən məsuliyyəti daim dərk edirik.

Taleyimizi dəyişən tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, dövlətimizin qüdrətinin daim artmasını, xalqımızın rifahının davamlı olmasını arzulayırıq.

Elşən Əliyev,
“EMEDIA GROUP” Media Təşkilatının Sədri